Xəbər lenti

Aİ-nin Siyasi və Təhlükəsizlik Komitəsinin nümayəndələri Ağdama səfər etdi (FOTO/VİDEO)
Video 18:38 15.04.2024

Aİ-nin Siyasi və Təhlükəsizlik Komitəsinin nümayəndələri Ağdama səfər etdi (FOTO/VİDEO)

Aprelin 12-də Avropa İttifaqının (Aİ) Siyasi və Təhlükəsizlik Komitəsinin 27 ölkəni təmsil edən nümayəndələri işğaldan azad edilən ərazilərə səfərləri zamanı Ağdam şəhərində olublar.

Avropa İttifaqının Siyasi və təhlükəsizlik komitəsinin sədri Delfin Pronk, Avropa İttifaqının Azərbaycandakı Nümayəndəliyinin rəhbəri, səfir Peter Mixalko və digər komitə üzvləri səfərdə iştirak ediblər. Komitə üzvlərini Azərbaycan Prezidentinin Ağdam, Füzuli və Xocavənd rayonları üzrə xüsusi nümayəndəsi Emin Hüseynov, Azərbaycanın Belçika və Lüksemburqdakı səfiri, Avropa İttifaqı yanında Nümayəndəliyinin rəhbəri Vaqif Sadıqov və Azərbaycan Respublikası Minatəmizləmə Agentliyinin (ANAMA) İdarə Heyətinin sədr müavini Samir Poladov komitə üzvlərini müşayiət ediblər. 

Aprelin 12-də Avropa İttifaqının (Aİ) Siyasi və Təhlükəsizlik Komitəsinin 27 ölkəni təmsil edən nümayəndələri işğaldan azad edilən ərazilərə səfərləri zamanı Ağdam şəhərində olublar.

Ednews xəbər verir ki, Avropa İttifaqının Siyasi və təhlükəsizlik komitəsinin sədri Delfin Pronk, Avropa İttifaqının Azərbaycandakı Nümayəndəliyinin rəhbəri, səfir Peter Mixalko və digər komitə üzvləri səfərdə iştirak ediblər. Komitə üzvlərini Azərbaycan Prezidentinin Ağdam, Füzuli və Xocavənd rayonları üzrə xüsusi nümayəndəsi Emin Hüseynov, Azərbaycanın Belçika və Lüksemburqdakı səfiri, Avropa İttifaqı yanında Nümayəndəliyinin rəhbəri Vaqif Sadıqov və Azərbaycan Respublikası Minatəmizləmə Agentliyinin (ANAMA) İdarə Heyətinin sədr müavini Samir Poladov komitə üzvlərini müşayiət ediblər. 

E.Hüseynov şəhərin mərkəzində olan mədəniyyət evi, həmçinin şəhərin digər tikililərinin dağıdılması barədə də danışıb.

Qonaqlar Ağdam Konfrans Mərkəzinə də baş çəkiblər. Burada onlara işğaldan sonra ermənilərin əraziləri bilərəkdən və pərakəndə şəkildə mina və partlamamış hərbi sursatlarla çirkləndirmələri, bunun da dinc sakinlərin həyatı üçün ciddi təhlükə yaratması məsələsinə toxunulub. Qeyd edilib ki, ermənilərin basdırdığı minaların partlayışı nəticəsində 44 günlük müharibədən sonra 368 nəfər minaya düşüb ki, onlardan da 65 nəfəri həlak olub.

Xarici qonaqlar daha sonra Azərbaycanda ilk qadın minatəmizləmə komandası ilə tanış olublar. Qonaqları Beynəlxalq Avrasiya Mətbuat Fondunun (BAMF) prezidenti, layihənin icraçısı Umud Mirzəyev qarşılayıb. Fond rəhbəri komitə üzvlərinə Azərbaycanda mövcud mina problemi ilə bağlı ətraflı məlumat verib. Onun sözlərinə görə, qonaqlar gördükləri mənzərələrdən xeyli mütəəssir olublar:

"Xarici nümayəndələr bəlkə də bu dərəcədə konfilikt, erməni vandalizmi gözləmirdilər. Ancaq gördüklərindən təsirləndiklərini deyə bilərəm. Onlara Qadın Mina Komandasından da məlumat verdim. BAMF-da çalışan əməkdaşların böyük əksəriyyəti konfilikt bölgələrdə yaşayan, müharibədən zərər çəkən adamlardır. Bu cür layihələr təəssüf ki, beynəlxalq camiədə daha az reaksiya verir. Çünki anti- Azərbaycan təbliğatı aparılır və əsl reallıqlar kənarda qalır. Ermənistanın vandallıqları gözardı edilir. Verdiyimiz məlumatlardan və Aİ nümayəndələrində Azərbaycanda mövcud mina problemi ilə bağlı təəsürat və təsəvvür yarada bildik. Azərbaycanın yanında olacaqlarını və dəstək olacaqlarını bildirdilər”.

Avropa İttifaqının Siyasi və təhlükəsizlik komitəsinin sədri Delfin Pronk də səfər zamanı çıxış edib:
"Vəziyyəti dəyişə biləcəyimizlə fəxr edirəm. Minaların təmizlənməsinə gəldikdə, Avropa İttifaqı Azərbaycanın ən böyük dəstəkçisidir. Avropa İttifaqı qadınlardan ibarət minatəmizləmə komandasının hazırlanması ilə onların təhlükəsizlikdə oynadığı rolu artırmağa kömək edir”, – deyə D.Pronk bildirib.

Xatırladaq ki, Avropa İttifaqının səfirlər səviyyəsində, Siyasi və Təhlükəsizlik Komitəsinin, həmçinin Avropa institutlarının nümayəndələrindən ibarət heyətin Azərbaycana səfəri 11-12 aprel tarixlərində başlayıb. 27 üzv ölkənin təmsilçiləri həftənin əvvəlində Ermənistana, ardınca Gürcüstana, daha sonra isə Azərbaycana səfər ediblər. Səfərin məqsədi Cənubi Qafqaz ölkələri ilə Avropa ittifaqı arasında əməkdaşlığı, eyni zamanda regiondakı inkişafları müzakirə etməkdir.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->