Bu gün Avropa Liqasında və Konfrans Liqasında yarımfinal mərhələsinə start veriləcək.
Qaynarinfo xəbər verir ki, 2 turnirdə 4 qarşılaşma baş tutacaq və bütün oyunlar Bakı vaxtı ilə saat 23.00-da başlayacaq.
Avropa Liqasında "Braqa" Portuqaliyada Almaniya "Frayburq"unu qəbul edəcək. İngiltərədə isə iki ingilis klubu - "Nottingem Forest" və "Aston Villa" qarşılaşacaq.
Konfrans Liqasında isə İspaniyanın "Rayo Vallekano" klubu Fransa "Starsburq"unu, Arda Turanın rəhbərlik etdiyi Ukrayna "Şaxtyor"u isə İngiltərə təmsilçisi "Kristal Palas"ı qəbul edəcək.
Avropa Liqası
Yarımfinal
İlk oyunlar
30 aprel
23.00 Braqa (Portuqaliya) - Frayburq (Almaniya)
23.00 Nottingem Forest (İngiltərə) - Aston Villa (İngiltərə)
Konfrans Liqasın
Yarımfinal
İlk oyunlar
30 aprel
23.00 Rayo Vallekano (İspaniya) - Starsburq (Fransa)
23.00 Şaxtyor (Ukrayna) - Kristal Palas (İngiltərə)
Şərhlər