Xəbər lenti

3 gün ardıcıl qeyri-iş günü olacaq
Ölkə 09:10 30.04.2026

3 gün ardıcıl qeyri-iş günü olacaq

Bu il 9 May – Faşizm üzərində Qələbə Günü ilə bağlı vətəndaşları ardıcıl üç günlük istirahət gözləyir.

Qaynarinfo xəbər verir ki, 9 may tarixi şənbə gününə düşür. Mövcud qanunvericiliyə görə, əgər bayram günü həftəsonu ilə üst-üstə düşərsə, həmin istirahət günü növbəti iş gününə keçirilir.

Bu səbəbdən 10 may bazar gününə təsadüf etdiyindən, 11 may da qeyri-iş günü elan olunur. Nəticədə ölkədə 9, 10 və 11 may tarixlərində ardıcıl olaraq iş olmayacaq.
--> -->