Ağcabədidə baş vermiş partlayışla bağlı cinayət işi başlanıb.
Qaynarinfo xəbər verir ki, bu barədə Baş Prokurorluq məlumat yayıb.
Bildirilib ki, rayonunun Hindarx qəsəbəsində baş verən parlayış nəticəsində 5 nəfər ölüb (onlardan 3-ü yetkinlik yaşına çatmayan şəxsdir):
1. Quliyev Şamiq Əfqan oğlu (1959);
2. Quliyev Bəhruz Şamiq oğlu (1983);
3. Məmmədli Məhəmməd Vidadi oğlu (2015);
4. Məmmədli Murad Vidadi oğlu (2018);
5. Quliyev Natiq Namiq oğlu (2018),
2 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb:
1. Quliyeva (Məmmədova) Ülviyyə Şamiq qızı (1985);
2. Quliyeva Aysun Namiq qızı (2015).
Faktla bağlı Ağcabədi rayon prokurorluğunda Cinayət Məcəlləsinin 124.2-ci (ehtiyatsızlıqdan iki və ya daha çox adam öldürmə) və 228.1-ci (qanunsuz olaraq döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və ya gəzdirmə) maddələri ilə cinayət işi başlanaraq ibtidai istintaq aparılır.
13.04
Yanvarın 31-də saat 12 radələrində Ağcabədi rayonunun Hindarx qəsəbəsində yerləşən evlərdən birində 5 nəfərin ölməsi, 2 nəfərin yaralanması ilə nəticələnən parlayışın baş verməsinə dair rayon prokurorluğuna məlumat daxil olub.
Qaynarinfo xəbər verir ki, bu barədə Baş Prokurorluğun Mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, hazırda prokurorluq əməkdaşları tərəfindən hadisə yeri müayinə olunur və digər zəruri prosessual hərəkətlər icra edilir.
Faktla bağlı Ağcabədi rayon prokurorluğunda araşdırma aparılır.
Qeyd edək ki, hadisə zamanı Bəhruz Quliyev, Şamil Quliyev, Natiq Quliyev, Məhəmməd Məmmədli və Murad Məmmədli ölüb, Ülviyyə Məmmədli və Aysun Quliyeva müxtəlif dərəcəli xəsarətlərlə xəstəxanaya aparılıb.
12.48
Bu gün Ağcabədi rayonunun Hindarx qəsəbəsində evdə əl qumbarası partlayıb.
Hadisə nəticəsində 5 nəfər ölüb, 2 nəfər isə yaralanıb. Ölən və yaralananların bir ailənin üzvləri olduğu bildirilir.
Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb edilib.
Məlumata görə, hadisə nəticəsində 2 uşaqla anası, babası və dayısı həlak olub. Onların 3-ü hadisə yerində, ikisi isə xəstəxanada vəfat edib.
"Qafqazinfo”nun əldə etdiyi məlumata görə, hadisə nəticəsində ev sahibi ilə yanaşı oğlu, 2 nəvəsi və gəlini həyatını itirib. Qumbaranın K.Məmmədovun nəvəsi tərəfindən zibillikdən tapılaraq evə gətirilməsi iddia edilib.
Qeyd edək ki, hadisə barədə ilk məlumatı Tns.az saytı yayıb.
Şərhlər