Xəbər lenti

ABŞ dövlət katibi Ukrayna müharibəsi haqda: Hər iki tərəf güzəştə getməlidir
Dünya 12:57 31.01.2025

ABŞ dövlət katibi Ukrayna müharibəsi haqda: Hər iki tərəf güzəştə getməlidir

ABŞ dövlət katibi Marko Rubio bildirib ki, Rusiyanın Ukraynadakı müharibəsi danışıqlarla başa çatmalıdır və hər iki tərəf güzəştlərə getməlidir.

Qaynarinfo xəbər verir ki, bu barədə Rubio jurnalist Megin Kelli ilə söhbətində deyib.

ABŞ dövlət katibi qeyd edib ki, Putinin etdiyi hərəkətlər dəhşətlidir, amma onun fikrincə, ABŞ və Qərb də müharibədə səhvlərə yol veriblər:

"Yanlış olan odur ki, biz hansısa şəkildə buna səbəb olduq və insanlara inandırmağa imkan verdik ki, Ukrayna Rusiyanı məğlub edə, Rusiyanın Krımı işğal etdiyi 2012 və ya 2014-cü il vəziyyətinə qaytara bilər".

O, əlavə edib ki, hazırda hər şey uzunmüddətli müharibəni maliyyələşdirmə məsələsinə çevrilib.

"İki tərəf də bu müharibədə böyük qiymət ödəyir, hər iki tərəf anlayır ki, onlar öz maksimalist məqsədlərinə çata bilməyəcək və böyük bir iş görməliyik. Bu, yalnız ABŞ və Prezident Trampın rəhbərliyi altında mümkündür. Bu, asan olmayacaq və müəyyən vaxt tələb edəcək, amma bilirəm ki, o, buna nail olmaq üçün qətiyyətlidir", – Rubio vurğulayıb.

Xatırladaq ki, Senatda dövlət katibi vəzifəsinə təyin edilməsi ilə bağlı dinləmələr zamanı Rubio, Ukraynada döyüşlərin dayandırılmasına dair razılaşma əldə etməyin həm Moskvanın, həm də Kiyevin güzəştlər etməsini tələb edəcəyini və Ukraynaya son on ildə Rusiya tərəfindən işğal edilmiş bütün əraziləri geri qaytarmaq məqsədindən imtina etməsi lazım olacağını qeyd edib.  

Rubio Dövlət Departamentinin əsas missiyasını "bizim milli maraqlarımızın irəlilədilməsi" olaraq qiymətləndirib.

Alpər

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->