Xəbər lenti

AFFA-dan
İdman 14:59 21.10.2025

AFFA-dan "Neftçi"yə xeyli miqdarda maliyyə cəzası

Azərbaycan Futbol Federasiyaları Assosiasiyası İntizam Komitəsi "Neftçi" klubunu 9700 manat cərimələyib.

Qaynarinfo xəbər verir ki, bu barədə Azərbaycan Futbol Federasiyaları Assosiasiyası məlumat yayıb.

Məlumata görə, buna Misli Premyer Liqasının VIII turunda "Araz-Naxçıvan"la matçda (2:2) yaşananlar səbəb olub.

Klub dörd futbolçusu sarı vərəqə aldığı üçün 700 manat ödəyəcək.

Meydan sahiblərinin azarkeşləri rəqib komandanın və hakimlərin ünvanına kütləvi şəkildə təhqiramiz ifadələr səsləndirib ki, bu hal cari mövsümdə ikinci dəfə yaşandığı üçün kluba 6000 manat cərimə tətbiq edilib. Bundan əlavə, fanatlar rəqib oyunçuların ünvanına irqi ayrı-seçkilik ehtiva edən ifadələr səsləndirdiyinə görə "Neftçi" 3000 manat ziyana düşüb.

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->