Xəbər lenti

İdman 15:06 20.10.2025

"Sabah"ın sabiq legioneri Azərbaycanda məhkəməlik oldu

"Sabah" futbol klubunun sabiq futbolçusu Jarl Marqarita Azərbaycanda məhkəməlik olub. 

Qaynarinfo-nun məlumatına görə, 2023-2024-cü illərdə "Sabah"da oynamış Jarl Marqarita İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə ümumilikdə 2123,36 manatdan artıq vergi borcunu ödəmədən ölkəni tərk etdiyi məlum olub.

2000-ci il tarixdə Niderland Krallığında anadan olmuş Jarl Marqarita "Sabah"da oynadığı vaxt Nəsimi rayonu, Bakıxanov prospekti 37, yataqxana 211-ci otaq ünvanında qeydiyyatda olub. Klubdan aldığı aylıq əmək haqqına görə isə 2123,36 manat vergi borcu yaranıb. 

Üzərindən bir il keçməsinə baxmayaraq, borcunu ödəməyən 25 yaşlı futbulçuya görə idarə məhkəməyə müraciət etməli olub. Məhkəmənin hökmü ilə Jarl Marqarita Azərbaycana qayıdarsa, vergi borcunu ödəmədiyi təqdirdə ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılıb. 

Qeyd edək ki, 2024-cü ilin iyul ayında "Sabah" onunla müqaviləyə xitam verib. Futbolçu hazırda karyerasını Belçikanın "Beveren" klubunda davam etdirir. O, bundan başqa Niderlandın "Hugevin", "Almere Siti", "TOP Oss" və ABŞ-ın "Finiko Rayzinq" klublarında çıxış edib, Curaçao millisində 19 oyun keçirərək, 5 qol vurub.

Aydın

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->