Xəbər lenti

Tramp və Putinin Macarıstan görüşü ləğv edilir? - Kremldə dəqiq “anlayış yoxdur”
Dünya 15:07 21.10.2025

Tramp və Putinin Macarıstan görüşü ləğv edilir? - Kremldə dəqiq “anlayış yoxdur”

Kreml sözçüsü Dmitri Peskov ABŞ və Rusiya liderlərinin sammitinin dəqiq tarixinin hələ müəyyən olunmadığını bildirib.

Qaynarinfo xəbər verir ki, onun sözlərini çərşənbə axşamı "İnterfaks” agentliyi yayıb.

Peskov qeyd edib ki, nə ABŞ prezidenti Donald Tramp, nə də Rusiya prezidenti Vladimir Putin görüş üçün konkret tarix açıqlayıb:

"Hazırlıq lazımdır, həm də ciddi hazırlıq. Siz həm amerikalı, həm də bizim tərəfdən bəyanatlar eşitmisiniz ki, buna vaxt tələb oluna bilər. Buna görə də başlanğıcda konkret tarixlər müəyyən edilməmişdi”, – deyə o bildirib.

Peskov bu sözləri KİV-də iki liderin görüşünün təxirə salına biləcəyi barədə yayılan xəbərləri şərh edərkən deyib.

Onun sözlərinə görə, hazırda belə bir sammitin nə vaxt baş tuta biləcəyi ilə bağlı "anlayış yoxdur”, həmçinin Budapeştdə planlaşdırılan sammitlə bağlı təkliflər "megafo rejimində” səsləndirilə bilməz:

"Təbii ki, təkliflərin bu cür, bilirsiniz, "megafo rejimində” açıqlanması mümkün deyil. Bu, kifayət qədər məxfi proses olmalıdır ki, onun maraqları və nəticəliliyi qorunsun”, – deyə Peskov əlavə edib.

Xatırladaq ki, daha əvvəl CNN telekanalı ABŞ dövlət katibi Marko Rubio ilə Rusiya xarici işlər naziri Sergey Lavrovun bu həftə baş tutmalı olan görüşünün naməlum səbəblərdən təxirə salındığını bildirmişdi.

Həmin görüş Tramp və Putin sammitinin təşkili üçün hazırlıq mərhələsi hesab olunurdu.

Moskvada isə ABŞ dövlət katibi ilə Rusiya XİN rəhbərinin görüşünün təxirə salınması barədə mediada yayılan məlumatları "qeyri-düzgün” adlandırıblar.

Mənbələrə görə, Rübio və Lavrovun görüşü üçün mümkün tarix kimi 23 oktyabr göstərilirdi. KİV-də yayılan xəbərlərdə bu görüşün təxirə salınmasının Tramp–Putin sammitinin də ertələnməsi anlamına gələ biləcəyi qeyd olunurdu.

Alpər

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->