Xəbər lenti

ABŞ Ukraynanın işğalını araşdıran beynəlxalq qrupdan çıxdı
Dünya 12:16 17.03.2025

ABŞ Ukraynanın işğalını araşdıran beynəlxalq qrupdan çıxdı

ABŞ Ədliyyə Nazirliyi Avropa rəsmilərini gizli şəkildə məlumatlandıraraq, ölkənin Rusiya Federasiyasının Ukraynaya təcavüzünə görə məsuliyyət daşıyan şəxslərin fəaliyyətini araşdırmaq üçün yaradılmış çoxmillətli qrupdan çıxdığını bildirib.  

Qaynarinfo xəbər verir ki, bu barədə The New York Times (NYT) məsələ ilə tanış mənbələrə istinadən yazır.
 
"Ukraynaya qarşı təcavüz cinayətlərinin araşdırılması üzrə beynəlxalq qrupdan çıxmaq qərarı, ABŞ-ın 2023-cü ildə daxil olduğu bu təşkilatdan Tramp administrasiyasının geri çəkildiyini və Baydenin Putini şəxsi məsuliyyətə cəlb etmək öhdəliyindən uzaqlaşdığını göstərən sonuncu əlamətdir”, – deyə nəşr qeyd edir.  

Qrup, Rusiya hakimiyyəti və onların Belarus, Şimali Koreya və İrandakı müttəfiqlərinin beynəlxalq hüquqa əsasən təcavüz cinayətləri üzrə məsuliyyətə cəlb edilməsi üçün yaradılmışdı. Bu cinayətlər digər ölkənin suverenliyini pozur və özünümüdafiə məqsədilə həyata keçirilmir.  

Mənbələrin bildirdiyinə görə, ABŞ-ın qrupdan çıxması ilə bağlı qərar bazar ertəsi günü Eurojust əməkdaşlarına və üzvlərinə elektron məktub vasitəsilə elan ediləcək.  

Nəşr vurğulayır ki, ABŞ Avropadan kənarda bu qrupla əməkdaşlıq edən yeganə ölkə idi və bu çərçivədə Ədliyyə Nazirliyinin baş prokurorunu Haaqaya göndərmişdi. O, Ukrayna, Baltikyanı ölkələr və Rumıniyadan olan tədqiqatçılarla işləyirdi.  

Tramp administrasiyası istintaq qrupundan çıxmaq qərarına hər hansı rəsmi səbəb göstərməyib.  

Bundan əlavə, Tramp 2022-ci ildə o vaxtkı baş prokuror Merrik B. Qarland tərəfindən yaradılmış Hərbi Cinayətlərin Məsuliyyəti Qrupunun fəaliyyətini məhdudlaşdırır. Təcrübəli prokurorlarla komplektləşdirilmiş bu qrup Ədliyyə Nazirliyinin Ukraynada törədilmiş vəhşiliklərə görə rusiyalıları məsuliyyətə cəlb etmə səylərini koordinasiya edirdi.  

Xatırladaq ki, iki il əvvəl, Beynəlxalq Cinayət Məhkəməsi (Haaqa) Kremlin rəhbəri Vladimir Putin və uşaq hüquqları üzrə müvəkkil Mariya Lvova-Belova barəsində beynəlxalq həbs orderi çıxarıb.  

Putin və Lvova-Belova Ukrayna uşaqlarının qanunsuz deportasiyasında ittiham olunurlar. Haaqa Məhkəməsi həmçinin bildirib ki, "Putinin ukraynalı uşaqların deportasiyasına görə birbaşa məsuliyyət daşıdığına dair əsaslı sübutlar var”.

Alpər

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->