Xəbər lenti

İlham Əliyev Şimali Makedoniyanın dövlət başçısına başsağlığı verdi
Siyasət 15:34 17.03.2025

İlham Əliyev Şimali Makedoniyanın dövlət başçısına başsağlığı verdi

Prezident İlham Əliyev Şimali Makedoniyanın dövlət başçısı xanım Qordana Silyanovska-Davkovaya Koçani şəhərində baş vermiş faciəli hadisə ilə əlaqədar olaraq, başsağlığı verib.

Qaynarinfo xəbər verir ki, məktubda deyilir:

"Hörmətli xanım Prezident,

Koçani şəhərində baş vermiş faciəli hadisə nəticəsində çox sayda insanın həlak olması və xəsarət alması xəbəri bizi son dərəcə sarsıtdı.

Bu faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxınlarına, bütün Şimali Makedoniya xalqına şəxsən öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, yaralananlara şəfa diləyirəm".


Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->