ABŞ hələlik Şimali Koreyadan Rusiyaya yeni hərbi bölmələrin göndərilməsi barədə təsdiqedici məlumatlara malik olmasa da, bu ehtimalı da istisna etmir.
Qaynarinfo xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin nümayəndəsi Metyu Miller brifinq zamanı
bildirib.
Millerdən ABŞ-ın Şimali Koreya hərbçilərinin Rusiyaya göndərilməsinin yeni "hissəsi"ni müşahidə edib-etmədiyi soruşulub.
"Mən Şimali Koreyadan Rusiyaya əlavə hərbçilərin göndərilməsi barədə yeni məlumatlara malik deyiləm”, – deyə o qeyd edib.
Bununla belə, nümayəndə vurğulayıb ki, ABŞ "bu ehtimalı nəzərdən keçirməyə davam edir”.
Onun sözlərinə görə, ABŞ tərəfi təsdiqləyə bilər ki, Şimali Koreya hərbçiləri Kursk vilayətində cəbhə xəttində yerləşdirilib və döyüşlərdə həm öldürülmüş, həm də yaralı kimi itkilər veriblər.
Məlum olduğu kimi, Şimali Koreya və Rusiya Ukraynaya qarşı tammiqyaslı işğaldan sonra əməkdaşlığı daha da intensivləşdirib. Ölkələr bir-birinə silahlı təcavüz olduğu halda dərhal hərbi yardım göstərməyi nəzərdə tutan saziş imzalayıblar.
Son vaxtlar Ukrayna hərbçiləri Kursk vilayətindəki hücumlardan sonra öldürülmüş rus və şimali koreyalı hərbçilərin şəkil və videolarını dərc ediblər.
Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin qiymətləndirmələrinə görə, Şimali Koreya bölmələri azı 30 hərbçisini öldürülmüş və yaralı kimi itirib.
Pentaqonun nümayəndəsi general-mayor Pet Rayderin sözlərinə görə, ABŞ tərəfinin qiymətləndirmələrinə əsasən, Şimali Koreya hərbçiləri ilk dəfə Kursk vilayətində rus qoşunları ilə birlikdə döyüşlərə qatılıb və itkilər veriblər.
Alpər
Şərhlər