Bu ilin yanvar-noyabr aylarında Azərbaycan 13 milyard 304 milyon 395 min ABŞ dolları dəyərində 21 milyon 555 min 781 ton bitumlu süxurlardan alınmış xam neft və xam neft məhsulları ixrac edib.
Bu barədə Trend Dövlət Gömrük Komitəsindən (DGK) məlumat əldə edib.
Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə dəyər baxımından 1 milyard 795 milyon 547 min ABŞ dolları (11,9%), həcm baxımından isə 2 milyon 643 min 674 ton (10,9%) azdır.
Dövr ərzində Azərbaycan bitumlu süxurlardan alınmış xam neft və xam neft məhsullarını ən çox İtaliyaya edib. Belə ki, bu ilin ilk 11 ayında Azərbaycandan İtaliyaya 6 milyard 141 milyon 532 min ABŞ dolları dəyərində 9 milyon 862 min 810 ton bitumlu süxurlardan alınmış xam neft və xam neft məhsulları ixrac edilib. Bu isə əvvəlki ilin eyni dövrü ilə müqayisədə dəyər baxımından 517 milyon 489 min ABŞ dolları (7,8%), həcm baxımından isə 581 min 459 ton (5,6%) azdır.
Siyahıda ikinci pillədə Çexiya qərarlaşıb. 11 ayda Azərbaycanda Çexiyaya 977 milyon 547 min ABŞ dolları dəyərində 1 milyon 583 min 207 ton bitumlu süxurlardan alınmış xam neft və xam neft məhsulları ixrac edilib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə dəyər baxımından 294 milyon 661 min ABŞ dolları (43,1%), həcm baxımından isə 447 min 243 ton (39,4%) çoxdur.
Siyahıda ilk üçlüyü Xorvatiya tutur. Bu ölkəyə cari ilin ilk 11 ayında Azərbaycandan 873 milyon 398 min ABŞ dolları dəyərində 1 milyon 436 min 178 ton bitumlu süxurlardan alınmış xam neft və xam neft məhsulları ixrac edilib. Məlumata görə, bu, ötən ilin müvafiq dövrünə nisbətən dəyər baxımından 338 milyon 406 min ABŞ dolları (63,2%), həcm baxımından isə 544 min 476 ton (61,1%) çoxdur.
Bu ilin yanvar-noyabr ayıları ərzində xam neftin ixrac olunduğu ölkələrin siyahısını təqdim edirik:
Şərhlər