Xəbər lenti

ABŞ-ın Ukrayna ilə kəşfiyyat məlumatlarının mübadiləsini dayandırdığı təsdiqləndi
Dünya 18:58 05.03.2025

ABŞ-ın Ukrayna ilə kəşfiyyat məlumatlarının mübadiləsini dayandırdığı təsdiqləndi

Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİA) direktoru Con Retkliff ABŞ-ın Ukraynaya silah tədarükünü və kəşfiyyat məlumatlarının mübadiləsini dayandırdığını açıqlayıb.  

Qaynarinfo xəbər verir ki, bu barədə "Fox News"un Ağ Evdəki müxbiri Edvard Lourens bildirib.

Retkliff Oval kabinetdə keçirilən görüşdən sonra ABŞ-ın Ukraynaya hərbi və kəşfiyyat yardımlarını dayandırdığını bildirib.  

"Retkliff bəyan edib ki, fasilənin başa çatmasını və Ukrayna ilə sülhə aparan yolda əməkdaşlığın bərpasını səbirsizliklə gözləyir", deyə "Fox News" müxbiri qeyd edib.  

Bundan əvvəl Britaniya tabloid nəşri "Daily Mail" xəbər vermişdi ki, ABŞ Britaniyaya Vaşinqtondan əldə etdiyi kəşfiyyat məlumatlarını Ukrayna ilə bölüşməyi qadağan edib. Daha sonra "Financial Times" da bu barədə yazıb.  

"The Wall Street Journal" nəşri isə bildirib ki, ABŞ-ın Ukraynaya hərbi yardımının dayandırılması Donald Trampın Volodimir Zelenskinin Rusiya ilə sülh danışıqlarını dəstəklədiyinə əmin olmasına qədər davam edə bilər.

Alpər

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->