"Spotify striminq" xidməti 2024-cü il üçün dünyada ən çox dinlənilən müğənniləri müəyyənləşdirib.
Qaynarinfo xəbər verir ki, Teylor Svift 26,6 milyarddan çox dinlənmə sayı ilə birinci olub.
Amerikalı sənətçi musiqi sənayesində rekordları alt-üst etməyə davam edir. 34 yaşlı müğənni artıq bir neçə ildir ki, liderlik mövqeyini qoruyub saxlayır.
Yeri gəlmişkən, Teylor Sviftin "The Tortured Poets Department" adlı albomu da 2024-cü ildə ən çox dinlənilən albom adını aldı.
2024-cü ilin ən çox dinlənilən albomlarının tam siyahısı:
Teylor Svift - "The Tortured Poets Department"
Billi Ayliş - "Hit Me Hard and Soft"
Sabrina Karpenter - "Short n' Sweet"
Karol G - "Manana Sera Bonito"
Ariana Qrand - "Eternal Sunshine"
Bu uğurlar "Spotify" istifadəçilərinin musiqi seçimlərində pop janrının hələ də üstünlük təşkil etdiyini bir daha göstərir.
Aydın
Şərhlər