Prezident Volodimir Zelenski, Britaniyanın baş naziri Kir Starmer və Fransa prezidenti Emmanuel Makron "Qətiyyətlilər Koalisiyası" görüşündən əvvəl ilk danışıqları aparıblar.
Qaynarinfo xəbər verir ki, bu barədə Sky News yazıb.
27 mart, cümə axşamı günü Makron, Zelenski və Starmer Yelisey sarayında qısa görüş keçiriblər. Daha geniş danışıqlar isə bir qədər sonra baş tutacaq.
Qeyd edildiyi kimi, bugünkü "Qətiyyətlilər koalisiyası" görüşünə Starmer və Makron birgə rəhbərlik edirlər.
Fransa və Britaniyanın başçılıq etdiyi bu koalisiya bir neçə həftədir Ukraynaya minlərlə hərbçi göndərmək planı üzərində işləyir. Məqsəd gələcəkdə mümkün atəşkəsin təmin edilməsidir.
Lakin Reuters agentliyinə danışan Avropa diplomatlarının fikrincə, bu planın reallaşması ilə bağlı getdikcə daha çox şübhələr yaranır. Onlar bunun səbəbi kimi logistik çətinlikləri, qüvvə çatışmazlığını, Rusiyanın müqavimətini və ABŞ-ın təhlükəsizlik zəmanətlərinin olmamasını göstərirlər.
26 martda Makron açıqlamasında vurğulayıb ki, Paris və Londonun irəli sürdüyü Qərb hərbi kontingentinin Ukraynaya göndərilməsi ideyası, cəbhə xəttində birbaşa yerləşdirilməni nəzərdə tutmur.
Alpər
Şərhlər