Xəbər lenti

Hüseyn Bağırlı
Ekonomiks 14:28 08.05.2025

Hüseyn Bağırlı "AFB Bank"ın İdarə Heyəti Sədri yanında Biznes Bankçılıq üzrə Müşavir təyin edilib

"AFB Bank” ASC yüksələn inkişaf strategiyalarını davam etdirmək məqsədilə, bankın İdarə Heyəti Sədri yanında Biznes Bankçılıq üzrə Müşavir vəzifəsinə Hüseyn Bağırlını təyin etdiyini məmnuniyyətlə elan edir.

Hüseyn Bağırlının təhsil və peşəkar fəaliyyəti

Hüseyn Bağırlı 08 yanvar 1991-ci ildə anadan olub. 2008–2012-ci illərdə Türkiyənin İstanbul şəhərində yerləşən Marmara Universitetinin "Bank işi və sığorta işi” fakültəsində ali təhsil alıb və bakalavr dərəcəsini yüksək nəticə ilə başa vurub.

2012-ci ildən bank sektorunda fəaliyyətə başlayan Hüseyn Bağırlı "YapıKredi Bank”da korporativ və kiçik və orta biznes (SME) kreditlərinin verilməsi sahəsində işləyərək zəngin təcrübə qazanıb. O, müxtəlif banklarda korporativ kredit portfelinin idarə edilməsi və SME seqmentlərinin inkişafı üzrə mühüm uğurlara imza atıb.

Karyerası boyunca Hüseyn bəy korporativ kreditlər və SME seqmentlərinin inkişafı sahəsində ixtisaslaşaraq bir neçə aparıcı bankda məsul vəzifələrdə çalışıb. O, kredit proseslərinin optimallaşdırılması, risklərin idarə olunması və müştəri məmnuniyyətinin artırılması istiqamətlərində mühüm uğurlar əldə etmişdir. Ən son olaraq, bank sektorunda Biznes Sahəsinin Baş Direktoru kimi çalışaraq strateji layihələrə rəhbərlik etmiş və yeni biznes imkanlarının yaradılmasında aktiv rol oynamışdır.

Yeni vəzifədə gözləntilər

Hüseyn Bağırlı "AFB Bank” ASC-də İdarə Heyəti Sədri yanında Biznes Bankçılıq üzrə Müşavir kimi korporativ strategiya, biznes planlaşdırma və digər strateji bölmələrə dəstək verəcək, bankın rəqəmsal transformasiya və bazar genişləndirmə hədəflərinin reallaşmasında fəal iştirak edəcək. Onun, sahib olduğu təcrübə və biliyi tətbiq edərək, bankımızın strateji hədəflərinə çatmasında əvəzolunmaz rol oynayacağına inamımız tamdır.

"AFB Bank” ailəsi olaraq Hüseyn Bağırlıya yeni vəzifəsində uğurlar arzulayırıq.


Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->