Xəbər lenti

“Yeni Klinika”nın həbsdən çıxan keçmiş direktoru yeni işə başladı
Ölkə 12:45 06.10.2023

“Yeni Klinika”nın həbsdən çıxan keçmiş direktoru yeni işə başladı

"Yeni Klinika” publik hüquqi şəxsin keçmiş direktoru Pərviz Abbasov yeni vəzifəyə təyin olunub.

Qaynarinfo iqtisadiyyat.az-a istinadən xəbər verir ki, o, Binəqədi Tibb Mərkəzində işə başlayıb.

Tanınmış həkim hazırda tibb müəssisəsinin ümumi cərrahı kimi fəaliyyət göstərir.

Xatırladaq ki, Pərviz Abbasov 2021-ci ilin aprelin 22-də Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən həbs olunmuşdu. O, bu ilin may ayında azadlığa buraxılıb.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->