Xəbər lenti

Yaponiyada ilk dəfə qadın baş nazir ola bilər
Dünya 16:16 04.10.2025

Yaponiyada ilk dəfə qadın baş nazir ola bilər

Yaponiyanın hakim partiyası şənbə günü 64 yaşlı Sanae Takaitini öz lideri seçib. Bu, onun ölkənin ilk qadın baş naziri olmaq yolunu açır.

Qaynarinfo "Financial Times”a istinadən xəbər verir ki, yeni baş nazirin seçilməsi ilə bağlı parlament səsverməsi 15 oktyabrda keçiriləcək. Hakim koalisiyanın parlamentdə ən çox yerə sahib olması Takaitiyə üstünlük verir.

Sərt xəttli mühafizəkar kimi tanınan Takaiti Böyük Britaniyanın sabiq baş naziri Marqaret Tetçerdən nümunə götürür. O, şənbə günü keçirilən seçkilərin ikinci turunda ən yaxın rəqibi Sindzirc Koidzumini məğlub edib. Takaiti siyasi veteran sayılır — o, bir neçə dəfə nazir vəzifəsi tutub və mərhum Şindzo Abenin "abenomika” siyasətinin əsas tərəfdarlarından biri olub.

Bununla belə, qeyd olunur ki, Yaponiyanın hakim partiyası parlamentin hər iki palatasında çoxluğu itirib. Bu səbəbdən Takaiti 15 oktyabrda keçiriləcək səsvermədə baş nazir kimi təsdiqlənmək üçün bir və ya bir neçə müxalif partiyanın dəstəyini qazanmağa çalışmalı olacaq.

Siyasi analitiklərin fikrincə, səsverməyə qədərki on gün ərzində hakim Liberal Demokrat Partiya ilə potensial tərəfdaşlar arasında gərgin danışıqlar aparılacaq. Bu partiyaların əksəriyyəti Takaitinin mühafizəkar baxışlarını bölüşmür.

Əgər Takaiti baş nazir postunu tuta bilsə, ABŞ prezidenti Donald Trampın Yaponiyaya planlaşdırılan səfərinə hazırlaşmaq üçün onun cəmi iki həftədən az vaxtı olacaq.

Aydın

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->