Məşhur aktrisa Nikol Kidman 19 illik evlilikdən sonra musiqiçi Kit Urbanla boşanmaq üçün bir neçə gün əvvəl ərizə təqdim edib və məlumatlara görə, o, keçmiş ərinə xeyli böyük məbləğ ödəməli ola bilər.
Qaynarinfo "Telegrafi” nəşrinin məlumatına istinadla xəbər verir ki, Nikol Kidmanın sərvəti təxminən 250 milyon dollar təşkil edir. Bu gəlirlər kino və televiziya layihələrindən, böyük brendlərlə müqavilələrdən və daşınmaz əmlaka yatırımlardan əldə olunub. Kit Urbanın sərvəti isə təxminən 75 milyon dollardır - o, bu gəlirləri musiqi fəaliyyəti, konsert turları, musiqi kataloqu, televiziya çıxışları və reklamlardan qazanıb. Bununla belə, cütlük 2006-cı ildə evlənməzdən əvvəl nikah müqaviləsi imzalamışdı.
Məlumdur ki, Urban bir vaxtlar narkotik və alkoqol asılılığı ilə mübarizə aparıb. Bu səbəbdən müqaviləyə "kokain bəndi” adlı xüsusi maddə daxil edilib. Bu bəndə əsasən, "Holland” və "Yaxşı pis qız” filmlərinin ulduzu Kidman ərinə illik 600 min dollar ödəməlidir — amma yalnız Urban narkotik və alkoqoldan uzaq qalarsa. Əgər boşanmanın səbəbi onun asılılığı olarsa, o zaman musiqiçi heç bir ödəniş almayacaq. Lakin ayrılıq başqa səbəbdən baş verərsə, Kidman ərinin hər "ayıq ili” üçün ödəniş etməlidir. Beləliklə, ümumilikdə bu məbləğ evlilik illəri ərzində 11 milyon dollardan çox ola bilər.
Maraqlıdır ki, yaxın günlərdə cütlüyün ayrılığına başqa bir qadının səbəb ola biləcəyi barədə şayiələr yayılıb. İddialara görə, söhbət Kit Urbanın ansamblında çıxış edən musiqiçi Məggi Bou adlı qadından gedir.
Alpər
Şərhlər