Xəbər lenti

Xirosimada keçirilən G7 sammiti ABŞ qurbanları parkının ziyarəti ilə başladı (VİDEO)
Dünya 11:23 19.05.2023

Xirosimada keçirilən G7 sammiti ABŞ qurbanları parkının ziyarəti ilə başladı (VİDEO)

Yeddilik Qrupunun (G7) Xirosimada keçirilən sammitinin rəsmi proqramı cümə günü 1945-ci ildə Amerika atom bombası qurbanlarının xatirəsinə həsr olunmuş Sülh Parkına ziyarətlə başlayıb. 

Qaynarinfo xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

Aralarında nüvə güclərinin (ABŞ, Böyük Britaniya, Fransa) da olduğu G7 ölkələrinin liderləri ilk dəfədir ki, Xirosimadakı memorial kompleksi belə tərkibdə ziyarət edirlər. Tədbirin proqramına bombardman qurbanlarının və zərərçəkmişlərinin xatirəsinə həsr olunmuş ekspozisiyanın təqdim olunduğu Sülh Muzeyinə səfər daxildir.
Yeddilik Qrupu gün ərzində üç iş sessiyası keçirəcək. Yaponiya Xarici İşlər Nazirliyinin nümayəndəsi jurnalistlər üçün keçirdiyi brifinqdə bildirib ki, onlardan biri Ukrayna mövzularına həsr olunacaq. Gündəlikdə cəmi on iclas və müxtəlif əlavə tədbirlər var.

Yaponiya 2023-cü ildən G7-yə sədrlik edir. Xirosimada keçiriləcək sammitə Avstraliya, Braziliya, Vyetnam, Hindistan, İndoneziya, Kuk adaları, Komor Adaları İttifaqı və Cənubi Koreyanın liderləri də dəvət olunub. G7 liderlərinin görüşünün əsas mövzuları regional məsələlər, o cümlədən Ukrayna ətrafındakı vəziyyət, Hind-Sakit okean regionu, Tayvan, qlobal cənub ölkələri ilə qarşılıqlı fəaliyyət, nüvə tərksilahı, iqtisadi və ərzaq təhlükəsizliyi problemləri olacaq.

Alpər

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->