Xəbər lenti

Xalq artisti ilə vida mərasimi evində keçiriləcək: Harada dəfn olunacaq?
Sənət 11:25 21.02.2023

Xalq artisti ilə vida mərasimi evində keçiriləcək: Harada dəfn olunacaq?

Xalq artisti, mərhum aktyor Ramiz Novruzla vida mərasimi yaşadığı evdə keçiriləcək.

Bu barədə Qaynarinfo-ya Xalq artistinin çalışdığı Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının mətbuat xidmətindən məlumat verilib.

Teatrdan bildirilib ki, mərhumun dəfn olunacağı yer hələ dəqiqləşməyib:

"Nazirlikdən aktyorun harada dəfn olunması ilə bağlı məlumat gözləyirik”.

Qeyd edək ki, Xalq artisti Ramiz Novruz uzun sürən xəstəlikdən sonra bu gecə dünyasını dəyişib.

Bahar Rüstəmli

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->