Serbiya prezidenti Aleksandar Vuçiç ölkə vətəndaşlarını 17 may tarixində ölkənin cənubunda yerləşən Niş şəhərində keçiriləcək ümumxalq mitinqində iştirak etməyə çağırıb.
Qaynarinfo xəbər verir ki, bu barədə "RIA Novosti" agentliyi məlumat yayıb.
Dövlət başçısı vurğulayıb ki, o, şəxsən Nişə gedərək şəhərin böyük əksəriyyətini təşkil edən vətəndaşlarla görüşmək və onlarla söhbət etmək niyyətindədir. Vuçiç bildirib ki, ilk dəfə siyasətə qoşulan həmvətənlərinin fikirlərini eşitmək istəyir.
Onun sözlərinə görə, tədbirdə ideoloji baxımdan Serbiyaya yaxın olan, ölkədə tanınan və serblər arasında populyar olan bəzi dostların da iştirakı gözlənilir.
Xatırladaq ki, Vuçiç daha əvvəl Serbiyanın hələ də Avropa İttifaqına üzvlüyü əsas strateji məqsəd kimi gördüyünü və bu prosesin sürətləndirilməsini istədiyini bəyan etmişdi.
Avropa Şurasının rəhbəri Antoniu Koşta ilə görüşdən sonra Vuçiç Aİ-dəki atmosferin tamamilə yaxşı olmadığını söyləyib və bu qənaətə Moskvaya səfəri zamanı gəldiyini qeyd edib. Bununla belə, o, Avropa İttifaqının Serbiyanın irəliləyişini anlayacağına inandığını da əlavə edib. Vuçiç bu kontekstdə Serbiyanın islahatları sürətləndirəcəyini vəd edib.
Aydın
Şərhlər