Xəbər lenti

Vuçiç növbəti prezident seçkilərində namizəd olmayacaq
Dünya 18:16 13.08.2025

Vuçiç növbəti prezident seçkilərində namizəd olmayacaq

Serbiya prezidenti Aleksandr Vuçiç ölkədə parlament seçkilərinin vaxtından əvvəl keçiriləcəyini açıqlayıb. 

Qaynarinfo-nun xəbərinə görə, o, həmçinin bildirib ki, 2027-ci ildə keçirilməsi nəzərdə tutulan növbəti prezident seçkilərində prezidentliyə namizədliyini irəli sürməyi planlaşdırmır. O, 2017-ci ildən bu vəzifəni icra edir.

Avstriya kansleri Kristian Ştokerlə görüşdə jurnalistlərə Aleksandr Vuçiç deyib: "Mən siyasi veteranam, artıq prezidentliyə namizəd ola bilmərəm və konstitusiyaya dəyişiklik etmək ağlıma da gəlmir. İl yarımdan sonra prezidentlik karyeramı bitirəcəyəm. Etdiklərimlə fəxr edirəm".

Serbiyada bir neçə aydır ki, növbədənkənar parlament seçkiləri tələbi ilə kütləvi etirazlar keçirilir. Aleksandar Vuçiç bu ehtimalı rədd edib və seçkilərin əvvəlcə planlaşdırıldığı kimi 2026-cı ilin sonunda keçiriləcəyini israr edib. İyulun sonunda Serbiya prezidenti qarşıdan gələn seçkilərin nəticələrinin hökumətin rəqibləri üçün "xoşagəlməz sürpriz” olacağını bildirib.

Aydın

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->