Xəbər lenti

Viktior Orban: Liberal dövr başa çatır, millətlər dövrü başlayır
Dünya 19:26 17.01.2026

Viktior Orban: Liberal dövr başa çatır, millətlər dövrü başlayır

"2010-cu ildən bəri yeni bir dünya nizamı formalaşır və bu, liberal dövrünün sonunu və millətlər dövrünün başlanğıcını qeyd edir".

Qaynarinfo xəbər verir ki, bunu Macarıstanın baş naziri Viktor Orban X sosial media platformasında yazıb.

"2010-cu ildən bəri yeni bir dünya nizamının formalaşmasının şahidi olduq. Liberal dövr başa çatır və millətlər dövrü başlayır. Biz başqalarını gözləmədik. İkitərəfli əlaqələr qurduq, ticarət, təhlükəsizlik və investisiya müqavilələri imzaladıq. Dəyişikliyi qabaqcadan gördük. Hazırlaşdıq. İndi isə bundan sonra nə olacağına hazırıq", deyə Orban yazıb.

Aydın

--> -->