USAID işçiləri 7 fevral cümə günü dünyada inzibati məzuniyyətə göndəriləcəklər. Yalnız "missiya üçün kritik funksiyalarını yerinə yetirən" bəzi əməkdaşlar, əsas rəhbərlik və xüsusi təyin edilmiş proqramlar bu məzuniyyətdən istisna olacaq.
Qaynarinfo bu barədə USAID veb saytına istinadla xəbər
verir.
Agentlikdən verilən məlumata görə, 7 fevral 2025-ci il, Şərqi Avropa vaxtı ilə saat 23:59-a qədər USAID-in bütün müqaviləli əməkdaşları dünyada inzibati məzuniyyətə çıxacaqlar.
Əsas işçilər, gözlənildiyi kimi, işlərini davam etdirmək üçün 6 fevral cümə axşamı gününə qədər agentlik rəhbərliyi tərəfindən məlumatlandırılacaq.
USAID-in hazırda ABŞ xaricində işləyən işçiləri üçün, agentlik missiyalar və Dövlət Departamenti ilə əlaqələndirərək, bütün müvafiq qanun və tələblərə uyğun bir plan hazırlayır. Bu planda, işçilərin ABŞ-a geri dönmələri üçün 30 gün ərzində təşkil olunmuş və maliyyələşdirilən nəqliyyat və PSC və ISC müqavilələrinin dayandırılması nəzərdə tutulur.
Agentlik, fərdi istisnalar və geri dönüş müddətinin uzadılmasını şəxsi və ya ailə vəziyyətləri, hərəkətlilik və təhlükəsizlik məsələləri və ya digər səbəblərlə nəzərdən keçirəcək.
Məsələn, agentlik, uşaqların məktəb semestri dövrləri, şəxsi və ya ailəvi tibbi ehtiyaclar, hamiləlik və digər səbəblər əsasında istisnalar nəzərdən keçirəcək.
Qeyd edək ki, Donald Trampın administrasiyasında İlon Mask USAID-in bağlanması üçün səylərə rəhbərlik edir və bu agentlik haqqında daha sərt ittihamlar irəli sürür. Agentlik işçilərinə 3 fevral bazar ertəsi günü evdə qalmaları əmr edilib.
Bu arada, USAID-in icraçı rəhbəri olaraq Marko Rubionun təyin edildiyi bildirilib. 4 fevral tarixində Rubiyo xarici yardımların ABŞ-ın maraqlarını təşviq etməli olduğunu və xeyriyyəçilik olmadığını bəyan edib, Tramp administrasiyasının beynəlxalq yardımı tamamilə dayandırmaq niyyətində olmadığını vurğulayıb. Onun sözlərinə görə, dondurulmadan əvvəl Tramp administrasiyası bəzi proqramlar haqqında məlumat ala bilməyib, çünki USAID heç nə açıqlamayıb.
Alpər
Şərhlər