Xəbər lenti

Ukrayna danışıqlara razılıq verməyə məcbur olacaq - İsveçrə XİN
Dünya 17:46 08.08.2024

Ukrayna danışıqlara razılıq verməyə məcbur olacaq - İsveçrə XİN

Hər iki ölkə danışıqlar masası arxasına əyləşməyənə qədər Ukrayna ilə Rusiya Federasiyası arasında sülh olmayacaq. Bu, İsveçrənin xarici işlər naziri İqnazio Kassisə "ayan” olub.

Qaynarinfo xəbər verir ki, İsveçrə mediasına müsahibəsində siyasətçi "yeni ton” qoyub, Qərbə Rusiyanın növbəti danışıqlarda iştirakı ilə bağlı Kiyevlə dialoqda "israr etməyi” tövsiyə edib.

Onun fikrincə, Ukrayna diplomatiyaya fundamental hazırlığını nümayiş etdirməyincə, münaqişədən diplomatik çıxış yolu olmayacaq. Kassis yaxın gələcəkdə Ukraynada sülhün bərqərar olmasını "real” hesab edir. O, bunun ilkin şərtini münaqişə tərəfləri arasında silah çatışmazlığında görür.
"O, konkret olaraq Ukraynanı nəzərdə tutduğunu deməyib, - nəşr yazır, - lakin hərbi əməliyyatların Rusiyanın xeyrinə getdiyini nəzərə alsaq, bu, sözsüzdür”.

Kassisin sözlərinə görə, tərəflər son günlər yalnız "hər hansı danışıqlarda daha yaxşı başlanğıc mövqeyini təmin etmək üçün döyüş meydanında faktlar yaratmağa” çalışırlar.

İsveçrəlilər israr edirlər ki, Börn Rusiya və Ukrayna arasında danışıqlarda effektiv vasitəçi kimi çıxış edə bilər. Kassisə görə, Bürgenstok konfransı "sülhə doğru ara addım” idi.

Jurnalistlərin Moskvanın artıq İsveçrəni bitərəf hesab etməməsi ilə bağlı qeydlərinə Kassis cavab verib ki, bu cür bəyanatlar sadəcə olaraq "hərbi ritorika”dır. O vurğulayır ki, "diplomatik dairələrdə onun rusiyalı həmkarı ilə yaxşı şəxsi münasibətləri olduğunu təsdiq edərlər”. 

Kassis əmindir ki, Sergey Lavrov onda "Qərbdə etibarlı söhbət tərəfdaşı” görür və Börn hələ də "hamı ilə danışmaqdan qorxmağa ehtiyac duymur”.

Unian qeyd edir ki, İsveçrə Avropa İttifaqının qərar verdiyi kimi, dondurulmuş Rusiya aktivlərindən əldə edilən gəlirləri Ukraynaya köçürməyəcək. İqtisadi Məsələlər üzrə Dövlət Katibliyində deyildiyi kimi, İsveçrə qanunları və beynəlxalq öhdəliklər İsveçrəyə Rusiya Mərkəzi Bankının vəsaitlərindən hər hansı xüsusi gəlir əldə etməyə imkan vermir, ona görə də köçürmək üçün sadəcə heç nə yoxdur.

Alpər

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->