Xəbər lenti

Uruqvayda
Dünya 21:25 18.05.2025

Uruqvayda "ruh inəklər" qalmaqalı: Sakinlər 350 milyon dollar itirib

Uruqvayda böyük maliyyə fırıldağı ölkə miqyasında qalmaqala səbəb olub – minlərlə investor özləri üçün aldıqları inəkləri tapa bilməyib.

Qaynarinfo bu barədə "Reuters"ə istinadən xəbər verir.

Məlum olub ki, "ruh inəklər” adlandırılan bu saxta mal-qara fermaları təxminən 700 min baş iri buynuzlu heyvanı əhatə edie. Səhmdarların ümumi itkiləri təxminən 350 milyon ABŞ dolları dəyərində qiymətləndirilir.

Fırıldaqçılıqda ölkənin ən iri heyvandarlıq şirkətləri olan "Conexion Ganadera”, "Republica Ganadera” və "Grupo Larrarte” şübhəli bilinir. Bu şirkətlər təxminən 6 min nəfəri iribuynuzlu heyvanların yetişdirilməsinə sərmayə yatırmağa razı salıblar. 2023-cü ilin sonlarında şirkətlər, investorları öhdəliklərini yerinə yetirə bilməyəcəkləri barədə xəbərdar ediblər. Bunu isə 2022–2023-cü illərdəki quraqlıq və əlverişsiz bazar şəraiti ilə izah ediblər.

"Conexion Ganadera” şirkətində aparılmış inventarizasiya göstərib ki, iddia edilən 804 604 baş mal-qaradan əslində yalnız 70-80 min baş heyvan mövcud olub.

Hüquqşünasların sözlərinə görə, investorlar tərəfindən alınmış heyvanlar onların razılığı olmadan qanunsuz şəkildə satılıb və ya ümumiyyətlə rəsmi heyvan qeydiyyat sisteminə daxil edilməyib.

Hazırda "Grupo Larrarte” şirkətinin rəhbəri həbsdədir, "Republica Ganadera” iflas etdiyini elan edib, "Conexion Ganadera” və onun rəhbərliyi barəsində isə bir neçə cinayət işi açılıb.

Aydın

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->