Yaponiyanın Tyo Universiteti və digər elmi institutların alimləri Yer üzündə məlum olan ən qədim sunamilərin izlərini 115 milyon illik kəhrəba yataqlarında aşkar ediblər. Təbaşir dövrünə aid ağac qatranının qalıqları Hokkaydo adasında tapılıb.
Qaynarinfo xəbər verir ki, tədqiqatın nəticələri "Scientific Reports” (SciRep) jurnalında dərc olunub.
Simonaqava karxanasından götürülmüş silisium çöküntülərinin analizi kəhrəbanın strukturunda qeyri-adi deformasiyaların olduğunu göstərib.
Tədqiqatı aparan Ai Kubota rəhbərliyindəki qrup, yalnız qatran bərkiməzdən əvvəl güclü mexaniki təsir nəticəsində yaranan xüsusi "alovabənzər strukturlar” aşkar edib. Bu strukturlar kəhrəbanın formalaşması zamanı baş vermiş qəfil və güclü hadisəni sübut edir.
Alimlər bildirirlər ki, bu tapıntılar böyük həcmdə ağac qatranının eyni anda qurudan okeana sürükləndiyi irimiqyaslı hadisəni göstərir. Onların fikrincə, bunun ən ehtimal olunan səbəbi eramızdan əvvəl 116–114 milyon il əvvəl sahilboyu bölgəyə çırpılmış güclü sunamilər olub.
"Təbiətdə qədim sunami izlərini müəyyənləşdirmək son dərəcə çətindir. Bu baxımdan bu tapıntılar çox dəyərlidir", deyə tədqiqat müəllifləri vurğulayıblar.
Alimlər hesab edirlər ki, bu metod qədim geoloji dövrlərdə baş vermiş digər fəlakətlərin tədqiqində də istifadə oluna bilər.
Aydın
Şərhlər