Ukrayna Silahlı Qüvvələrinin Xüsusi Təyinatlı Qüvvələri Baş Kəşfiyyat İdarəsi Raket Qoşunları və Artilleriya ilə birlikdə Rusiyanın Belqorod vilayətində düşmənə məxsus iki Ka-52 və iki Mi-8 helikopterini məhv edib.
Qaynarinfo xəbər verir ki, bu barədə Xüsusi Təyinatlı Qüvvələrin mətbuat xidməti məlumat yayıb.
Son günlər keçirilən xüsusi əməliyyat nəticəsində helikopterlər raket zərbələri ilə məhv edilib. Himars reaktiv yaylım atəş sistemi ilə endirilən zərbələr düşmənin arxa cəbhədə aviasiya üçün yaratdığı gizli meydançanı – helikopterlərin sürətli hərəkəti və ya Ukrayna Müdafiə Qüvvələrinə qəfil hücum üçün istifadə olunan maskalanmış mövqeni sıradan çıxarıb.
"Düşmən yenə də arxa cəbhədə toxunulmaz olduğunu düşünürdü. Biz isə bir daha sübut etdik ki, Xüsusi Təyinatlı Qüvvələr üçün əlçatmaz hədəf yoxdur. İşimizi davam etdiririk!" – deyə mətbuat xidmətinin məlumatında bildirilir.
Arayış:
Ka-52 – düşmən tərəfindən kəşfiyyat və yerüstü hədəflərə hücum üçün istifadə edilən zərbə helikopteridir.
Mi-8 – düşmən qüvvələrinin şəxsi heyət və yüklərin daşınması, eləcə də quru əməliyyatlarına dəstək məqsədilə istifadə etdiyi nəqliyyat helikopteridir.
Alpər
Şərhlər