"Üzərində milli valyutalar əks olunan əl-üz dəsmalları hər yerdə var. Kim istəsə, bunu Azərbaycanda da edə bilər. Bununla bağlı hər hansı qadağa yoxdur".
Bunu Qaynarinfo-ya açıqlamasında iqtisadçı vəkil Əkrəm Həsənov Çin istehsalı olan "1 manatlıq dəsmal"ların satışa çıxarılmasına münasibətdə deyib.
Vəkil sözügedən dəsmalların xaricdə istehsal olunduğunu xatırladıb:
"Milli valyutalar əks olunan dəsmalların istehsalı qadağa deyil".
Vəkil bunu milli valyutaya hörmətsizlik kimi qiymətləndirmir:
"Hətta Azərbaycanda belə bir qadağa yoxdur. Bizim milli dövlət atributlarımız bayrağımız, gerbimiz və himnimizdir ki, onlara qarşı hörmətsizlik etmək olmaz".
Xatırladaq ki, Çində üzərində Azərbaycanın milli valyutası - bir manatı əks olunan əl-üz dəsmalları satışa çıxarılıb. Bu isə sosial şəbəkələrdə birmənalı qarşılanmayıb.
Bahar Rüstəmli
Şərhlər