"Qarabağ" bu gün UEFA Çempionlar Liqasında pley-off mərhələsinin cavab oyununa çıxacaq.
Qaynarinfo-nun məlumatına görə, Qurban Qurbanovun baş məşqçisi olduğu kollektiv İngiltərədə "Nyukasl"la münasibətlərə aydınlıq gətirəcək.
Matç saat 00:00-da start götürəcək. Qarşılaşmanı italiyalı FIFA referisi Davide Massa idarə edəcək.
Xatırladaq ki, Bakıdakı ilk görüşdə "Nyukasl" 6:1 hesabı ilə qalib gəlib.
Çempionlar Liqası
Pley-off
Cavab oyunu
25 fevral
00.00 Nyukasl (İngiltərə) - Qarabağ (Azərbaycan)
Hakimlər: Davide Massa, Filippo Meli, Stefano Alassio, Luka Paireto (İtaliya).
VAR: Daniele Kiffi (Almaniya).
AVAR: Kristian Dingert (Almaniya) .
Nyukasl, "St. Ceyms Park”.
İlk oyun - 6:1.
Şərhlər