Xəbər lenti

13 yaşlı qız Şimali Koreyanın nüvə silahlarına nəzarət edəcək - KİV
Dünya 18:04 24.02.2026

13 yaşlı qız Şimali Koreyanın nüvə silahlarına nəzarət edəcək - KİV

Şimali Koreya lideri Kim Çen In yeniyetmə qızına ölkəsinin Raket İdarəsində yüksək vəzifə verib. Bu idarə Pxenyanın nüvə qüvvələrinə nəzarət edir. Kimin qızı Kim Cu Eynin 13 yaşında olduğu güman edilir. O, getdikcə ölkə liderini raket sınaqları da daxil olmaqla, ictimaiyyət qarşısında çıxışlarda müşayiət edir.

Qaynarinfo "Newsweek"ə istinadən xəbər verir ki, görünür, o, Kim Çen Indan sonra ali lider vəzifəsinə favorit hesab olunur. Bu, kişilərin irsi üstünlük qazandığı dinastik ənənədən tarixi bir dönüş ola ilər.

"Məqsəd onu Koreya Xalq Ordusuna rəhbərlik etməyə hazırlamaqdır. Bildirilir ki, generallar artıq onu təlimatlandırır və bəzi hallarda əmr vermək hüququ da ona verilir, bu vəzifə rəsmi olaraq 2023-cü ilin sonundan raket idarəsinin direktoru olan Çan Çan Hada deyil", deyə məqalədə qeyd olunur.

Eyni zamanda, Şimali Koreya nüvə silahlarının istehsalını belə sürətlə davam etdirir ki, ölkə ildə 10–20 nüvə başlığı istehsal edə bilər. Bu, Pxenyanın nüvə proqramını yavaşlatmaq niyyətində olmadığını göstərir.

Cənubi Koreya prezidenti Li Çje Myon dəfələrlə Şimali Koreya ilə danışıqları bərpa etməyə və münasibətləri yumşaltmağa çalışsa da, Kim Çen In rejimi bu təşəbbüsləri rədd edib və Cənubi Koreyanı ən böyük düşmən adlandırıb.

Lider Kim Çen In ölkəsinin nüvə silahlanma proqramını sürətlə genişləndirməyə və denuklearizasiya çağırışlarını rədd etməyə söz verib.

Bundan əlavə, Şimali Koreya ordusu 600 mm-lik reaktiv atəş sistemlərinin böyük partiyasını alıb. Kim Çen In bildirib ki, yeni RAS taktiki ballistik raketlərin dəqiqliyi və dağıdıcı gücünü çoxluca raket qurğularının atəş sürəti ilə ideal şəkildə birləşdirir.

Aydın
--> -->