Xəbər lenti

Premyer Liqa:
İdman 16:56 24.02.2026

Premyer Liqa: "Turan Tovuz" "Qəbələ"ni məğlub etdi

"Turan Tovuz" Misli Premyer Liqasının XIV turundan təxirə salınmış oyunda qələbə qazanıb.

Qaynarinfo-nun məlumatına görə, Kurban Berdıyevin baş məşqçisi olduğu kollektiv səfərdə "Qəbələ" ilə üz-üzə gəlib.

Qəbələ şəhər stadionunda gerçəkləşən qarşılaşma qonaqların inamlı qalibiyyəti ilə yekunlaşıb - 3:0.

Tovuz təmsilçisinin qollarını 9-cu dəqiqədə Alexandro Serrano, 18-ci dəqiqədə Filip Ozobiç vurub, 47-ci dəqiqədə Seydina Keyta avtoqol müəllifi olub.

Bu nəticədən sonra xallarının sayını 40-a çatdıran "Turan Tovuz" üçüncü pillədəki mövqeyini möhkəmləndirib. "Qəbələ" 15 xalla 10-cu sıradadır.

--> -->