Respublikaçılar Partiyasından prezidentliyə namizəd Nikki Heyli aldığı təhdidlərin sayının artması səbəbindən Məxfi xidmətə mühafizə üçün müraciət edib.
Qaynarinfo xəbər verir ki, bu barədə "The Wall Street Journal” məlumat
yayıb.
Heyli 2024-cü il Respublikaçılar Partiyasının namizədliyi üçün Donald Trampın əsas rəqibidir.
Heyli WSJ müxbirlərinə mühafizə ilə bağlı müraciət etdiyini təsdiqləyib: "Bizim çoxsaylı problemimiz olub. Bu, mənə etməli olduğum şeyi etməyimə mane olmayacaq”.
Mühafizə tələbi federal səlahiyyətlilərə təqdim edilib. Jurnalistlərə Heylinin hansı təhdidlərlə üzləşdiyi sualına cavab verilməyib.
Keçən həftənin sonlarında Cənubi Karolina ştatının Kolumbiya şəhərində naməlum qadın səhnəyə çıxmaq istəyərkən Heylinin şəxsi mühafizəçisi tərəfindən saxlanılıb.
Onun tədbirlərində Heylinin Ukrayna və İsraili dəstəkləməsindən narazı olan etirazçılar da olub.
Nizami Bağırov
Şərhlər