ABŞ prezidenti Donald Tramp Qəzza zolağının Amerika qüvvələrinin nəzarətinə verilməsini istədiyini yenidən bəyan edib.
Qaynarinfo xəbər verir ki, bu barədə o, İsrailin baş naziri Benyamin Netanyahunu Oval kabinetdə qəbul edərkən deyib.
Trampın sözlərinə görə, Qəzza kimi ərazidə ABŞ kimi "sülhməramlı qüvvənin nəzarəti və sahibliyi yaxşı olardı”.
O, həmçinin fələstinlilərin Qəzzadan başqa ölkələrə köçürülməsi təklifini bir daha dilə gətirib.
"Çünki indi yalnız ölümələr, HƏMAS və problemlər haqqında eşidirik. Əgər siz fələstinliləri götürüb müxtəlif ölkələrə yerləşdirsəniz – və bu işə razı olacaq çox ölkə var – bu zaman doğrudan da azadlıq zonası yaranar... orada insanları hər gün öldürülməzlər”, – deyə Tramp bildirib.
O, Qəzza zolağını "cəhənnəm kimi bir yer” adlandırıb.
"Bilirsiniz, mən ona nə deyirəm – gözəl yer, amma orada yaşamaq istəyən yoxdur”, – deyə o əlavə edib.
Xatırladaq ki, Tramp fevral ayında da Qəzzadan fələstinlilərin kütləvi köçürülməsi ideyasını səsləndirmişdi. O zaman da bu ərazinin ABŞ hərbçilərinin nəzarətinə götürülməsi ehtimalını gündəmə gətirmişdi.
Bununla belə, ərəb ölkələri bu təklifə qəti şəkildə qarşı çıxaraq, fələstinlilərin yerində qalmasını nəzərdə tutan alternativ bərpa planı irəli sürmüşdülər.
Hüquq müdafiəçiləri isə xəbərdarlıq ediblər ki, fələstinlilərin zorla və ya təzyiqlə köçürülməsi potensial müharibə cinayəti hesab oluna bilər.
Lakin Ağ Ev bildirib ki, Tramp "öz baxışında israrlıdır”.
Alpər
Şərhlər