Xəbər lenti

Tramp: Kanada 51, Qrenlandiya 52, Venesuela 53 ola bilər
Dünya 11:41 03.02.2026

Tramp: Kanada 51, Qrenlandiya 52, Venesuela 53 ola bilər

ABŞ prezidenti Donald Tramp yenidən qalmaqallı çıxışı ilə gündəmə gəlib.

Qaynarinfo "Washington Post”a istinadən xəbər veruir ki, Tramp ötən şənbə axşamı ABŞ siyasətinin ən nüfuzlu simalarının qatıldığı bir şam yeməyində Qrenlandiyanı satın almaqla bağlı zarafatla qarışıq açıqlamalar verib.

ABŞ-də siyasət və biznes dairələrinin çox məhdud sayda nümayəndəsinin dəvət olunduğu və mətbuata qapalı şəkildə keçirilən "Alfalfa Club”un illik yeməyində Trampın Qrenlandiya, Kanada və Venesuela ilə bağlı fikirləri gecəyə damğa vurub. Tədbirdə "JPMorgan Chase”in icraçı direktoru Ceymi Daymon və FED sədri Cerom Pauell kimi şəxslərin də olduğu bildirilir. Məlumata görə, Tramp çıxışı zamanı "Bu zalda nifrət etdiyim çox adam var, amma əksəriyyətinizi sevirəm" deyib.

Siyasi rəqibləri ilə istehza edən Tramp "Qrenlandiyanın işğalını izləməli olduğu üçün çıxışını qısa kəsməli olduğunu” söyləyərək zarafat edib. Bildirilir ki, o, Qrenlandiya ilə bağlı zarafatla səsləndirdiyi fikirləri daha da irəli aparıb. Vaşinqton şəhərində keçirilən şam yeməyində Trampın "Qrenlandiyanı işğal etməyəcəyik. Onu satın alacağıq. Heç vaxt Qrenlandiyanı 51-ci ştat etmək niyyətim olmayıb. Mən Kanadanı 51-ci ştat etmək istəyirəm. Qrenlandiya 52-ci, Venesuela isə 53-cü ştat ola bilər” dediyi iddia olunur.

Aydın
--> -->