Xəbər lenti

Tailand və Malayziya BRİCS-ə üzv olmaq üçün müraciət etdilər
Dünya 21:46 25.06.2024

Tailand və Malayziya BRİCS-ə üzv olmaq üçün müraciət etdilər

Rusiya prezidentinin köməkçisi Yuri Uşakov bildirib ki, 30-dan çox ölkə BRİCS-ə qoşulmaq üçün müraciət edib. Assosiasiyaya qoşulmaq istəyənlər arasında o, Tailand və Malayziyanın adını çəkib.

Qaynarinfo xəbər verir ki, bu barədə "İnterfaks” məlumat yayıb.

Uşakovun sözlərinə görə, Rusiya Federasiyasının sədrliyi ilə BRİCS tərəfdaş ölkələri kateqoriyası üzrə meyarların razılaşdırılması və belə status ala biləcək dövlətlərin siyahısının tərtib edilməsi istiqamətində iş aparılır. Hansı kriteriyaların ola biləcəyi açıqlanmır.

"BRİCS-ə bu və ya digər formada üzv olmaq istəyən ölkələrin sayı durmadan artır. Bu yaxınlarda ərizələrini təqdim edənlər arasında Tailand və Malayziya da var”, - o deyib. 

BRİCS-ə Rusiya, Braziliya, Hindistan, Çin və Cənubi Afrika daxildir. 2023-cü ilin avqustunda keçirilən sammitdə BRİCS ölkələrinin liderləri 2024-cü ilin yanvarından təşkilata qoşulacaq dövlətlərin siyahısını razılaşdırıblar. Siyahıya Argentina, Misir, Həbəşistan, İran, Səudiyyə Ərəbistanı və BƏƏ daxildir. Argentina prezident Xavyer Miley hakimiyyətə gəldikdən sonra bundan imtina edib. 

Nizami Bağırov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->