Xəbər lenti

Suriya prezidenti Putinlə danışıqlarda Əsədin ekstradisiyasını tələb edəcək
Dünya 14:00 15.10.2025

Suriya prezidenti Putinlə danışıqlarda Əsədin ekstradisiyasını tələb edəcək

Suriya prezidenti Əhməd əl-Şara Rusiya Rusiya prezidenti Vladimir Putinlə görüş zamanı Bəşər Əsədin suriyalılara qarşı törədilmiş cinayətlərin araşdırılması üçün ekstradisiyasını rəsmi şəkildə tələb edəcək.

Qaynarinfo xəbər verir ki, bu barədə "Reuters" agentliyi mənbəyə istinadən yazıb. 

Qeyd edək ki, Əhməd əl-Şəraa hazırda Rusiyadadır. Bu barədə TASS-a Suriyadakı diplomatik mənbə bildirib.
 
SANA xəbər agentliyi Suriya prezidentinin Rusiyaya səfərinin məqsədini ikitərəfli münasibətlərin yenidən qurulması və siyasi və iqtisadi əməkdaşlığın perspektivlərinin araşdırılması kimi qiymətləndirib. Suriya rəsmisi Reuters agentliyinə bildirib ki, Rusiyanın Tartusdakı hərbi dəniz bazası və Xmeymim aviabazasının taleyinin müzakirəsi planlaşdırılır.

Bəşər Əsəd 2000-ci ildən, ailəsi isə 1971-ci ildən ölkəyə rəhbərlik edib. 8 dekabr 2024-cü ildə noyabrın 27-də Suriyada genişmiqyaslı hücuma başlayan qrupların koalisiyası hakimiyyəti ələ keçirdiklərini elan edib. Ertəsi gün Bəşər Əsəd və ailəsinə Rusiyadan siyasi sığınacaq verildiyi açıqlanıb. 2025-ci ilin sentyabrında Suriya məhkəməsi keçmiş prezidenti qəsdən adam öldürmə, işgəncə və 2011-ci ildə vətəndaş müharibəsinə səbəb olan hökumət əleyhinə etirazlar zamanı hadisələrə görə qanunsuz həbsdə ittiham edərək qiyabi həbs edib.

Aprel ayında Əhməd əl-Şaraa bəyan edib ki, Rusiya Bəşər Əsədi Suriyanın yeni hakimiyyət orqanlarına təhvil verməkdən imtina edib. "Al Arabiya"nın məlumatına görə, bu məsələ fevral ayında Vladimir Putinlə Suriyanın müvəqqəti prezidenti arasında telefon danışığı zamanı da müzakirə olunub. Bir müddət əvvəl Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov Bəşər Əsədə sığınacaq verilməsini şərh edərkən bəyan etmişdi ki, Rusiya belə "fövqəladə şəraitdə" tələb olunan kimi hərəkət edir.

Aydın

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->