Xəbər lenti

Serbiyadan ABŞ-ın Kosovo ilə bağlı tələblərinə sərt reaksiya
Dünya 23:10 17.09.2024

Serbiyadan ABŞ-ın Kosovo ilə bağlı tələblərinə sərt reaksiya

Serbiyanın baş nazirinin müavini Aleksandr Vulin ABŞ Dövlət Departamentinin Kosovo və Metoxiyadakı vəziyyətlə bağlı bir sıra "normallaşmaya zidd" addımlardan çəkinmək tələbinə cavab verib

Qaynarinfo xəbər verir ki, onun sözlərinə görə, Kosovo və Metoxiyada tərəqqiyə aparan yeganə yol Brüssel razılaşmalarının həyata keçirilməsi və Serb İcmalarının Birliyinin formalaşdırılmasıdır.

Vulin vurğulayıb ki, Belqradın çəkinməli heç nə yoxdur və Vaşinqton Serbiyanı idarə etmək cəhdindən və Kosovonun baş naziri Albin Kurti dəstəkləməkdən çəkinməlidir.

Sentyabrın əvvəlində Vulin bildirmişdi ki, Avropa İttifaqından gələn təhdidlər və şantajlar, habelə avropalı siyasətçilərin Belqrad qarşısında öhdəliklərini yerinə yetirmək üçün seçici yanaşması Serbiyanın BRICS-ə qoşulmasına istiqamətləndirə bilər.

Aydın

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->