Xəbər lenti

Separatçılar Azərbaycanı tərk edir (FOTO)
Foto 10:39 21.08.2023

Separatçılar Azərbaycanı tərk edir (FOTO)

Xankəndi-Gorus istiqamətində "Laçın” sərhəd-buraxılış məntəqəsində erməniəsilli şəxslərin sərbəst keçidi növbəti dəfə təmin edilib.

"Report”un Laçına ezam olunmuş əməkdaşının verdiyi xəbərə görə, bu gün məntəqədən 60-a yaxın şəxs sərbəst şəkildə keçid ediblər.

Belə ki, əvvəlcə həmin şəxslərin sənədləri yoxlanılıb və sərbəst hərəkətləri təmin olunub.

Onlar əsasən Azərbaycan ərazisində separatizmi alovlandırmağa çalışan, ona dəstək verən şəxslərdir.

Artıq həm onlar, həm də arxalarında duranlar anlayıblar ki, Azərbaycanla bu çirkin oyunu davam etdirə bilməyəcəklər.

Azərbaycan müxtəlif səviyyələrdə daim bəyan edib ki, burada Azərbaycan qanunlarına hörmətlə yanaşan, bu qanunlarla yaşamağı qəbul edən şəxslər qala bilərlər. Bu şərti qəbul etməyənlər, öz qaydaları ilə yaşamağa çalışanlar üçün qapılar açıqdır, gedib ayrı harada istəsələr, yaşasınlar.

Həmin şəxslərin əksəriyyəti Rusiya vətəndaşlığını qəbul etmiş, Rusiya pasportu daşıyan insanlardır.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->