Xəbər lenti

Sahibə Qafarova: Bu konstitusiya Heydər Əliyevin Azərbaycan xalqı qarşısında ən böyük xidmətlərindən biri idi
Ölkə 11:22 08.05.2025

Sahibə Qafarova: Bu konstitusiya Heydər Əliyevin Azərbaycan xalqı qarşısında ən böyük xidmətlərindən biri idi

"1995-ci ildə qəbul edilən ali sənəd dünyanın ən demokratik konstitusiyaları ilə müqayisə oluna bilər"

Qaynarinfo xəbər verir ki, bunu Milli Məclisin sədri Sahibə Qafarova parlamentin bu gün keçirilən xüsusi iclasında deyib.

Spiker vurğulayıb ki, Heydər Əliyev şəxsiyyəti hər bir azərbaycanlı üçün müdriklik, əzmkarlıq və vətənə sədaqət rəmzidir.

"Heydər Əliyevin Azərbaycan xalqı qarşısında ən böyük xidmətlərindən biri müstəqil Azərbaycanın ilk konstitusiyasının hazırlanmasıdır. Ulu Öndərin başlatdığı işləri layiqincə davam etdirən Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın uğurları, misilsiz tarixi qələbələri ilə davam etdirilib. Azərbaycan hazırda Avrasiyanın önəmli energetika mərkəzinə çevrilib. Müxtəlif sahələrə böyük investisiyalar qoyulub. Ölkəmiz Qoşulmama Hərəkatı və digər beynəlxalq təşkilatlarda mövqeyini gücləndirib, sammit və beynəlxalq tədbirlərin keçirildiyi məkana çevrilib".

Qafqaz Rafiqoğlu

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->