Rusiya mətbuatı və Rusiya Xarici Kəşfiyyat Xidməti Fransanın prezidenti Emmanuel Makronun Afrikada üç liderə qarşı sui-qəsd cəhdləri ilə əlaqəli olduğu iddiasını gündəmə gətirib.
Qaynarinfo xəbər verir ki, iddiaya görə, Fransa prezidenti Emmanuel Makron Afrikada üç liderə qarşı sui-qəsd əmri verib.
"CNN Türk"ün Moskva təmsilçisi Siyamənd Kaçmaz bildirib ki, sözügedən iddialar Rusiya Xarici Kəşfiyyat Xidmətinin mətbuat bürosu tərəfindən yayımlanan açıqlamada yer alıb. Rusiya kəşfiyyatı Afrikada nüfuzunu itirən Fransanın bu itkini kompensasiya etmək üçün müxtəlif təşəbbüslərə əl atdığını iddia edir.
Açıqlamada Fransanın Afrikadakı təsirini yenidən gücləndirmək məqsədilə bir sıra fəaliyyətlər həyata keçirdiyi və bu çərçivədə yanvarın 3-də Burkina Faso prezidenti İbrahim Traoreyə qarşı sui-qəsd cəhdinin də iddialar sırasında olduğu qeyd olunub. Rusiya Xarici Kəşfiyyat Xidmətinin bu məlumatları birbaşa öz rəsmi internet saytında dərc etməsinin xüsusi diqqət çəkdiyi vurğulanır.
Rusiya kəşfiyyatının açıqlamasında Ukrayna bağlantısına da işarə edilir. Belə ki, bəzi şəxslərin Ukraynada pilotsuz uçuş aparatları üzrə təlim keçdiyi və Fransanın Afrika qitəsində təsirini artırmaq üçün bu cür üsullardan istifadə etdiyi iddia olunur.
Açıqlamada, Fransanın bu addımları atmasına ABŞ-ın Venesuela prezidentinə qarşı həyata keçirdiyi əməliyyatın da təsir göstərə biləcəyi irəli sürülür. Rusiya Xarici Kəşfiyyat Xidməti iddia edir ki, Fransa xüsusilə keçmiş müstəmləkəsi olmuş Afrika ölkələrində nəzarəti yenidən ələ almaq və öz üstünlük verdiyi liderləri hakimiyyətə gətirmək məqsədilə bu cür təşəbbüslərə əl atıb.
Aydın
Şərhlər