"Ukrayna-Rusiya savaşında Azərbaycan-Ermənistan müharibəsinin 1993-1994-ci illərinə bənzər bir dövr yaşanır”.
Bunu QAFSAM sədrinin müavini Nazim Cəfərsoy deyib.
Onun fikrincə, proses təxminən noyabr ayına qədər davam edəcək:
"Sonra müəyyən səngimə və durğunluq yarana bilər. Noyabr ayı böyük əhəmiyyətə malik olacaq. Sərt qış şərtləri tərəflər üçün ciddi problemlər yaradacaq. Enerji və qida amili və bunun qlobal neqativ təsirləri iqtisadi əngəllərə səbəb olacaq. Digər tərəfdən, cəmiyyətlərin psixoloji, iqtisadi, sosial, hərbi durumu yeni müstəvi formalaşdıracaq.Onu da nəzərə alaq ki, Qərbdəki dəstək prosesində davamlılıqda müəyyən korrektələr ediləcək. Belə ki, ABŞ konqresinə seçkilərin keçirilməsi, Böyük Britaniyada yeni seçki ehtimalı yeni şərtlər diqtə edir”.
Ekspert qeyd edir ki, Türkiyə, Almaniya və Fransa kimi ölkələrin vasitəçiliyi ilə 1994-ci ldə imzalanan "Bişkək müqaviləsi”nəbənzəyən keçici bir sənəd imzalanması mümkündür:"Əgər belə bir sənəd imzalansa, onun mövcud hərbi əməliyyatları məhdudlaşdıran bir xarakterdə olacağı ehtimalı yüksəkdir”.
Rüfət Sultan
Şərhlər