Xəbər lenti

RFI: Madaqaskar prezidenti Makronun dəstəyi ilə ölkədən qaçıb
Dünya 17:20 13.10.2025

RFI: Madaqaskar prezidenti Makronun dəstəyi ilə ölkədən qaçıb

Fransanın RFI radiostansiyasının məlumatına görə, Madaqaskar prezidenti Andri Rajoelina Fransanın dəstəyi ilə ölkədən qaçıb. 

Qaynarinfo xəbər verir ki, məlumata görə, əməliyyat Fransa prezidenti Emmanuel Makronla razılaşdırılaraq həyata keçirilib.

RFI mənbələrə istinadən xəbər verir ki, Madaqaskar prezidenti Andry Rajoelina hökuməti etirazlar və hərbi iğtişaşlar fonunda devrilmək təhlükəsi ilə üzləşdiyi üçün Fransa hərbi təyyarəsi ilə ölkədən təxliyə edilib.

Bundan əvvəl Agence France-Presse məlumat vermişdi ki, Fransanın Air France aviaşirkəti Madaqaskarda etirazlar və qeyri-sabitlik fonunda Madaqaskarın paytaxtı Antananarivuya uçuşları dayandırıb.

Madaqaskarda etirazlar sentyabrın 25-də başlayıb. İlkin olaraq etirazçılar su və elektrik enerjisinə çıxış tələb edib, həmçinin Madaqaskarda səhiyyə sisteminin vəziyyətini və korrupsiyanın səviyyəsini tənqid ediblər. Daha sonra etirazçılar prezidentin istefasını tələb etməyə başlayıblar. O, 2009-cu ildə etiraz aksiyaları zamanı hakimiyyətə gəlib, 2019-cu ildə dövlət başçısı seçilib, 2023-cü ildə isə yenidən seçilib.

Aydın

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->