Xəbər lenti

Qəzada ölən Vətən müharibəsi iştirakçısının atası da eyni taleyi yaşadı (FOTO)
Ölkə 11:07 21.02.2025

Qəzada ölən Vətən müharibəsi iştirakçısının atası da eyni taleyi yaşadı (FOTO)

Ötən gün Kürdəmirin Şilyan kəndindən keçən hissəsində avtomobilin kanala aşması nəticəsində Elşən Hacıyev və Cabir Əhmədov ölüb.

Qaynarinfo-nun Unikal-a istinadən məlumatına görə, qəzada ölən Cabir Əhmədovun oğlu da 3 il əvvəl yol-nəqliyyat hadisəsi zamanı həyatını itirib. 

Vətən müharibəsi iştirakçısı olan Yolçu Əhmədov 2022-ci ildə Qaradağ rayonu, Ələt qəsəbəsi ərazisində baş verən qəzada həlak olub. 

Mərhum Y.Əhmədov "Füzulinin azad olunmasına görə” və "Xocavəndin azad olunmasına görə” medalları ilə təltif edilib.
 

--> -->