"Araz” supermarketlər şəbəkəsinin təşkil etdiyi "Qazanmağın formulu” adlı stimullaşdırıcı lotereyanın qalibi bəlli oldu.
Sentyabr ayında keçirilən xüsusi lotereya çərçivəsində "Araz” mobil tətbiqi və ya müştəri kartı vasitəsilə hər 30 manatlıq alış-veriş edən müştərilər "BYD Seal” avtomobili qazanmaq şansı əldə edirdi. Lotereya 1 sentyabr 2025-ci il tarixində başlayıb və 30 sentyabr 2025-ci il tarixinə qədər davam edib.
İştirak üçün müştərilər "Araz” mobil tətbiqi və ya müştəri kartı ilə 30 manat və ya daha çox məbləğdə alış-veriş edib, kassa qəbzində təqdim olunan QR kodu skan edərək iştiraklarını təsdiqləyirdilər. Hər 30 manatlıq alış-veriş bir iştirak şansı hesab olunurdu və lotereya müddətində edilən alış-verişlərin sayı qədər iştirak şansı qazanmaq mümkün idi.
20 oktyabr 2025-ci il saat 13:00-da sosial media üzərindən keçirilən canlı yayım (Facebook, Instagram, Tiktok, Youtube) zamanı qalib seçildi. Prosesi 5 nəfərdən ibarət münsiflər heyəti müşaiyət etdi. Qalib Sabir Sabirli "BYD Seal” avtomobilinin sahibi oldu. Seçim prosesi şəffaf şəkildə random.org rəqəmsal platforması vasitəsilə həyata keçirildi.
Şərhlər