Xəbər lenti

Putin İrana gedəcək, ancaq hələ səfərinin dəqiq tarixi razılaşdırılmayıb - Peskov
Dünya 17:11 14.05.2025

Putin İrana gedəcək, ancaq hələ səfərinin dəqiq tarixi razılaşdırılmayıb - Peskov

Rusiya Federasiyası Prezidenti Vladimir Putinin İrana səfərinin dəqiq tarixi hələlik razılaşdırılmayıb. 

Qaynarinfo xəbər verir ki, bu barədə jurnalistlərə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.

"Doğrudur, Rusiya Prezidenti Vladimir Putinin İrana rəsmi və ya işgüzar səfər etməsi üçün qüvvədə olan dəvət mövcuddur... Hələlik dəqiq tarix razılaşdırılmayıb. Tarix razılaşdırılan kimi sizə məlumat veriləcək”, – deyə o, Putinin İrana nə vaxt səfər edə biləcəyi ilə bağlı sualına cavab olaraq deyib.

İran hökumətinin rəsmi nümayəndəsi Fatəmə Mohəcərani isə bildirib ki, Putinin İrana qarşıdakı səfəri hazırda diplomatik kanallar vasitəsilə razılaşdırılma mərhələsindədir.

Bundan əvvəl, aprelin ortalarında Moskvada keçirilən danışıqlardan sonra İranın xarici işlər naziri Abbas Əraqçi Tehranın 2025-ci ildə Putinin İrana səfərinə ümid etdiyini bildirmişdi.

Alpər

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->