Xəbər lenti

Polşada hökumət böhranı: Baş nazir prezidenti
Dünya 13:00 10.10.2024

Polşada hökumət böhranı: Baş nazir prezidenti "məsuliyyətsiz" adlandırdı

Polşa hökumətinin başçısı Donald Tusk Polşa prezidenti Anjey Dudanın Ukrayna, ABŞ, İsrail kimi ölkələrə və NATO-ya səfir təyinatının qarşısını almaqda tutduğu mövqeyi məsuliyyətsizik adlandırıb.

Qaynarinfo xəbər verir ki, bu barədə Tusk X sosial şəbəkəsində yazıb.

"Prezident Dudanın ABŞ, İsrail, Ukrayna kimi ölkələrə və NATO-ya səfirlərin namizədliyini əngəlləməkdə davam etməsi son dərəcə məsuliyyətsizlikdir. Soruşdum, izah etdim, amma hər şey qumdakı su kimidir. Bilirəm ki, cəmi 299 gün qalıb (Dudanın səlahiyyət müddətinin bitməsinə-red.), amma bu, 299 gün çoxdur. Təhlükəsizlik, Prezident!" deyə Tusk qeyd edib.

Polşa qanunvericiliyinə görə, başqa ölkələrdəki səfirləri ölkə prezidenti təyin edir və geri çağırır. Polşanın prezidenti ilə baş naziri arasında münaqişə bu ilin martından davam edir. Həmin vaxt Polşa Xarici İşlər Nazirliyinin rəhbəri Radoslav Sikorski müxtəlif ölkələrdə 50-dən çox səfirin rotasiyası, xüsusən də qısa müddət ərzində diplomatik vəzifələrdə olmuş bir neçə səfirin vaxtından əvvəl geri çağırılmasının nəzərdə tutulduğunu bildirmişdi.

Bu ilin sentyabr ayının əvvəlindən Piotr Lukaşieviç Polşanın Ukraynadakı səfiri deyil, müvəqqəti işlər vəkili olub, çünki Duda Tusk hökumətinin əvvəlki Mateuş Moravetski hökuməti tərəfindən təyin edilmiş bir çox səfirləri dəyişdirmək qərarı ilə razılaşmır. Polşa hökumətinin başçısı ümid edir ki, Polşanın bir çox ölkələrdə, xüsusən də Ukraynadakı müvəqqəti nümayəndələri təxminən bir ildən sonra Polşada yeni prezident seçiləndən sonra tamhüquqlu səfir olacaqlar.

Aydın

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->