Xəbər lenti

Çindən ilk Transxəzər yük qatarı Azərbaycana yola düşdü
Ölkə 21:10 19.01.2026

Çindən ilk Transxəzər yük qatarı Azərbaycana yola düşdü

Yanvarın 19-da Çinin şimalındakı Tiencin şəhərindəki konteyner mərkəzi stansiyasından Bakıya gələcəkilk Çin-Mərkəzi Asiya transxəzər yük qatarı yola düşüb.

Oxu.Az xəbər verir ki, bu barədə "Sinxua" məlumat yayıb.

Məlumata görə, paslanmayan polad borular və məişət texnikası kimi mallarla yüklənmiş bu qatar Çin Dəmir Yollarının Pekin filialı tərəfindən idarə olunur. Qatar Çinin şimal-qərbindəki Sincan Uyğur Muxtar Vilayətindəki Horqos sərhəd keçid məntəqəsindən keçəcək və Qazaxıstanın Aktau limanına çatacaq, oradan yüklər dəniz yolu ilə Bakıya daşınacaq.

Tiencin konteyner mərkəzinin nümayəndəsi Yanq Cunyonq bildirib ki, bu yeni marşrut Çini Azərbaycan, Qazaxıstan və digər ölkələrlə birləşdirən sabit və səmərəli yük kanalı yaradır.

Onun sözlərinə görə, qatar təxminən 7 000 kilometr məsafə qət edəcək və təxminən 20 günə Bakıya çatacaq ki, bu da ənənəvi dəniz daşımaları ilə müqayisədə təxminən 10 günə qənaət etməyə imkan verəcək.
--> -->