Aparıcı qlobal spirtli içki istehsalçıları "Diageo", "Pernod Ricard", "Campari", "Brown Forman" və "Remy Cointreau" satılmamış spirtli içkilər səbəbindən qiymətləri endirməyə məcburdurlar.
Qaynarinfo xəbər verir ki, bu barədə "Financial Times" qəzeti yazıb.
Nəşrin məlumatına görə, dünyanın ən böyük beş istehsalçısında satılmamış spirtli içki ehtiyatlarının ümumi dəyəri 22 milyard dollar olaraq qiymətləndirilir ki, bu da son 10 ildən çox müddətdə ən yüksək səviyyədir.
Nəşrin müəllifləri əsas səbəb kimi spirtli içki istehsalçılarının koronavirus pandemiyasından sonra istehsalın kəskin artmasına etibar etmələrini göstərirlər. Lakin, 2020-ci illərin əvvəllərində istehlakın kəskin artması daha güclü və daha bahalı spirtli içkilərə tələbatın azalması ilə nəticələnib.
Aydın
Şərhlər